20-05-2020, 09:22
Koronavirus peyvəndinə ehtiyac olmaya bilər — Çinli alimlərin yeni kəşfi

Koronavirus peyvəndinə ehtiyac olmaya bilər — Çinli alimlərin yeni kəşfi


Çinli alimlər koronavirus pandemiyası dövründə xəstələrin sağalma dövrünü qısaldan yeni dərman kəşf etdiklərini açıqlayıblar.
Qafqazinfo xəbər verir ki, Pekin Universitetinin araşdırmalarına əsasən, dərman ilin sonunadək istifadəyə hazır olacaq.

Üstəlik, bu dərman Covid-19-dan sağalan xəstələrdə qısamüddətli də olsa immunitet yaradacaq. Alimlər sözügedən dərmanın peyvəndin tapılmasına ehtiyac qalmadan pandemiyanın qarşısını alacağını iddia ediblər.

Dərman vasitəsi artıq heyvanlar üzərində sınaqdan keçirilib və müsbət nəticə verib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın