Güvənli, qayğıkeş və cəsur Azərbaycan polisi - Vüsal Şəbəndəyev
gundem / siyaset
16-05-2020, 22:27
Neftçala rayon polis şöbəsinin rəisi polis polkovniki Vüsal Şəbəndəyev - Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib. Cənab İlham Əliyev çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağı, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı haqda dəfələrlə sərt xəbərdarlıqlar edib. Prezidentin bu məsələyə dəfələrlə toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Lakin ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz yanaşdıqlarına görə özləri və tabeliklərində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşa ayrılan dövlət dəstəyinin mənimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsinin təyin edilməsi də Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. Cənab İlham Əliyevin bütün sahələri əhatə edən, yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirdiyi inqilabi islahatlar xalq tərəfindən güclü dəstəklənir. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır. Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır! Bu istiqamətdə Prezidentin həyata keçirdiyi islahatlar, verdiyi tövsiyə və tapşırıqlar rayon icra hakimiyyəti tərəfindən rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatra, inzibati ərazi nümayəndəliklərinə, bələdiyyələrə onlayn formada göndərilmiş və bir daha bu tapşırıqlara ciddi şəkildə riayət edilməsi bildirilmışdir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Neftçala rayon polis şöbəsinin rəisi polis polkovniki Vüsal Şəbəndəyevdir.
Dövlətçiliyin möhkəmləndirilməsi , ölkə əhalisinin təhlükəsizliyinin və ictimai asayişin təmin olunması , vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin əsas istiqamətlərindəndir. Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mütərəqqi addımlar atılır , qanunçuluğun möhkəmləndirilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirilir. Bu gün qonşu ölkələrlə müqayisədə Azərbaycanda ictimai- sityasi vəziyyət sabitdir. Asayişimiz çox gözəl qorunur. Təbiidir ki, asayişin qorunmasında Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun rolu peşəkar polis işçisi kimi hamımız tərəfindən təqdir edilir və alqışlanır.
Neftçala rayon polis şöbəsinin rəisi polis polkovniki Vüsal Şəbəndəyevin fəaliyyətində ən ali məqam Ali baş komandana və nazirə sədaqət , xalqa hörmət və ehtiramdır.
Neftçala rayon polis şöbəsinin rəisi polis polkovniki Vüsal Şəbəndəyev peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Vüsal Şəbəndəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Vüsal Şəbəndəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Vüsal Şəbəndəyevdən danışdılar yaxşı ki, Vüsal Şəbəndəyev Neftçala rayon polis şöbəsinin rəisi əyin olunub… Vüsal Şəbəndəyev öz isguzarlığı ilə tanınır və seçilir….
Vüsal Şəbəndəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Neftçala rayonunda asayişin təmin edilməsində , cinayətkarlıqla mübarizədə polis son illər əzmlə çalışır. Sözsüz ki , bu uğurların təmin olunmasında peşəkar polis işçisi , fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran polis rəisi Vüsal müəllim Şəbəndəyevin əməyi misilsizdir. Rayonumuza polis rəisi təyin olunduqdan qısa müddət ərzində bir çox açılmamış cinayət əməllərini isti izlərlə açan peşəkar hüquqşünas Vüsal müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı . Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı amansız mübarizə aparan rəis bu sahədə ciddi uğurlara əl ataraq hamımızın rəğbətini qazandı. Onun rəhbərliyi dövründə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış oldu. Bütün bu sadaladığımız faktlar Vüsal müəllimin peşəkar polis işçisi kimi gecə-gündüz çalışması hesabına baş vermişdir
Vüsal müəllim əsl polis işçilərinə məxsus sərt intizama , dəmir iradəyə malik olmaqla yanaşı , həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Bu rayonda istənilən vətəndaşı dinəlməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların , ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq , yerlədə vətəndaşları dinləyən Vüsal müəllim ona ünvanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün rayonumuzda qanunun aliliyinin təmin olunmasında , vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur. Məktəblərdə Vüsal müəllimin birbaşa təşəbbüsü və iştirakı ilə maarifləndirici görüşlər keçirilir. Narkomaniyanın fəsadları , erkən nigahların mənfi tendensiyaları , dini radikalizmin qlobal bir bəla olduğu şagirdlərə aşılanır.
Vüsal müəllim vətənpərvər bir insan kimi bir çoxlarına nümunə olaraq Qarabağ müharibəsi veteranlarının da əzizi olaraq sevilir. Şəhid ailələrinə ,müharibə iştirakçılarına hər zaman xüsusi qayğı ilə yanaşan polis polkovniki Vüsal Şəbəndəyev ölkə rəhbərliyinin və daxili işlər nazirinin etimadını hərtərəfli doğruldur.
Heç bir qüvvə Vüsal Şəbəndəyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Vüsal Şəbəndəyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Vüsal Şəbəndəyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Vüsal Şəbəndəyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Vüsal Şəbəndəyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Vüsal Şəbəndəyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Vüsal Şəbəndəyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Neftçala rayon polis şöbəsinin rəisi polis polkovniki kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vüsal Şəbəndəyev özünü doğruldub. Bizdə hörmətli Vüsal Şəbəndəyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Bənd-bənd yazdıqlarım Azərbaycan polisi haqqında çoxlarının son 3 ayda düşüncələrini əks etdirir. Və mən düşündüm ki, polisə olan mənəvi borcumu bu yazıyla ödəyim.
Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir
Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar
Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük
Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.
ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!