16-05-2020, 10:42
Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı son STATİSTİKA


Dünyada 4,628,729 nəfər koronavirusa yoluxub.
Bu barədə onlayn statistikada qeyd edilir.

Virusdan 308,645 nəfər ölüb, 1,759,589 nəfər sağalıb.

Dünyada koronavirusa ən çox yoluxma halı ardıcıl olaraq ABŞ (1,484,285 nəfər), İspaniya (274,367 nəfər), Rusiya (262,843 nəfər), Böyük Britaniya (236,711 nəfər), İtaliya (223,885 nəfər), Braziliya (220,291 nəfər), Fransa (179,506 nəfər), Almaniya (175,699 nəfər), Türkiyə (146,457 nəfər), İrandadır (116,635 nəfər).

Koronavirusun ilk yayıldığı dövlət olan Çin ilk onluğa daxil deyil. Bu ölkədə indiyə qədər 82,941 nəfər koronavirusa yoluxub.

Azərbaycanda 2,980 nəfərdə koronavirus aşkar edilib. Virusa yoluxanlardan 1,886 nəfəri müalicə olunaraq sağalıb. /oxu.az
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın