Xəbər lenti
» » Kanada İŞİD-lə mübarizəni dayandırır

Kanada İŞİD-lə mübarizəni dayandırır

Tarix: 21 oktyabr 10:01
Kanada İŞİD-lə mübarizəni dayandırır

Kanadada seçkilərdə qələbə qazanmış Liberal Partiyanın lideri Castin Tryudo baş nazir olacağı təqdirdə ölkəsinin Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakını dayandıracağını bildirib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Castin Tryudo hökumət rəhbəri qismində ilk mətbuat konfransında çıxışında qeyd edib ki, ABŞ prezidenti Barak Obama ilə söhbəti zamanı bu məsələ əsas müzakirə mövzusu olub.

Tryudo qərarın nə zaman reallaşacağı və Kanadanın koalisiyadakı sonrakı rolu barədə heç bir məlumat verməyib.

PATRIOT.AZ
 Oxunub: 199 


Oxşar xəbərlər:
Ən çox oxunanlar