9-05-2020, 13:46
Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA


Dünyada 4 014 265 nəfər koronavirusa yoluxub.

Oxu.az xəbər verir ki, virusa yoluxanların 276 236 nəfəri ölüb, 1 385 559 nəfər isə sağalıb.

ABŞ dünya ölkələri arasında koronavirusa yoluxma (1 322 154 nəfər), ölüm (78 616 nəfər) və sağalma (223 749 nəfər) sayına görə liderliyini qoruyur.

Virusa yoluxma sayına görə ondan sonrakı yerlərdə 260 117 nəfərlə İspaniya, 217 185 nəfərlə İtaliya, 211 364 nəfərlə Böyük Britaniya, 187 859 nəfərlə Rusiya dayanır.

Türkiyə koronavirusa yoluxma sayına (135 569 nəfər) görə ölkələr arasında doqquzuncu, İran isə 10-cu sıradadır (104 691 nəfər).

Azərbaycanda indiyə qədər 2279 nəfərdə koronavirus aşkar edilib. Virusdan 28 nəfər ölüb, 1576 nəfər sağalıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın