13-04-2020, 14:01
İlham Əliyev azərbaycanlı şahmatçını təltif etdi

İlham Əliyev azərbaycanlı şahmatçını təltif etdi


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Faiq Zülfüqar oğlu Həsənovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, F.Həsənov Azərbaycan şahmatçısı, şahmat hakimi və televiziya aparıcısıdır.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın