Xəbər lenti
» » Putinin adamı rusları Afrikada dincəlməyə çağırdı

Putinin adamı rusları Afrikada dincəlməyə çağırdı

Tarix: 20 oktyabr 09:32
Putinin adamı rusları Afrikada dincəlməyə çağırdı


Rusiya Prezident Adminsitrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyalarını "beynəlxalq təcrid" adlandırmaq olmaz. O, Asiya, Afrika, Latın Amerikası ilə əməkdaşlığa çağırıb.

"Dünya Qərbi Avropa, ABŞ, Kanada və daha bir neçə dövlətlə məhdudlaşmır. Qalan ölkə və bölgələr bizim üçün açıqdır. Asiya, Afrika, Latın Amerikası... Orada dincəlmək də, alver etmək də mümkündür" - deyə S.İvanov TASS agentliyinə bildirib.

Sergey İvanovun təbirincə, qlobal idxal məhsullarından ölkə daxilində istehsal olunmuş məhsullara keçid Rusiyada 5-7 il vaxt tələb edə bilər.

"Quş əti, donuz əti, tərəvəz - bütün bu məhsullarla bazarımızı demək olar ki, təmin etmişik" - İvanov deyib.

Onun sözlərinə görə, valyutaya məsələn, pamperslər almaq ağılsızlıq olardı: "Onları Rusiyada istehsal etməyin yolunu öyrənməliyik".

Sergey İvanov deyib ki, Rusiyanın özünü xarici aləmdən təcrid etmək fikri yoxdur.

PATRIOT.AZ
 Oxunub: 196 


Oxşar xəbərlər:
Ən çox oxunanlar