14-02-2020, 11:39
Azərbaycan mədəniyyətinə ağır itki — FOTO

Azərbaycan mədəniyyətinə ağır itki — FOTO


Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

 Unikal.org xəbər verir ki, respublikanın əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev ömrünün 77-ci ilində vəfat edib.

Qeyd edək ki, Şirin Rzayev 1942-ci il aprel ayının 25-də Gəncə şəhərində anadan olub. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) xor-dirijorluğu fakültəsini əla diplomla bitirib. 1968-1969-cu illərdə Konservatoriyada müəllim, 1969-1974-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Şirin Rzayev Gəncədə ilk dəfə Simfonik Orkestr yaratmış və onun baş dirijoru kimi 1980-ci illərin sonunadək fəaliyyət göstərib. 

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın