31-01-2020, 22:33
İlham Əliyev onu “Şöhrət” ordeni ilə təltif etdi

İlham Əliyev onu “Şöhrət” ordeni ilə təltif etdi


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fuad Yusif oğlu Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fuad Yusif oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, F.Əliyev kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü, AMEA-nın həqiqi üzvüdür.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın