22-01-2020, 15:19
İnsanların sonuna çıxan XƏRÇƏNG – Dünyada və Azərbaycandakı acı vəziyyət – STATİSTİKA

İnsanların sonuna çıxan XƏRÇƏNG – Dünyada və Azərbaycandakı acı vəziyyət – STATİSTİKA


Xərçəng XXI əsrdə dünyada insanların əsas ölüm səbəbləri arasında ikinci pillədə qərarlaşıb. Gün ərzində bu xəstəlikdən 30 minə yaxın insan dünyasını dəyişir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təkcə 2018-ci ildə xərçəng xəstəliyindən 9,6 milyon insan ölüb. Dünyada hər 6 ölümdən 1-i xərçəngin payına düşür.

Xərçəngin əsas özəlliyi anomal hüceyrələrin yaranaraq öz adi sərhədlərini keçib başqa orqanlara da yayılmasıdır. Bu prosesə metastazlaşma deyilir. Metastazlar xərçəngdən əsas ölüm səbəbidir.

Anomal hüceyrlərin yaranması (yəni insanın xərçəngə tutulması) insanın genetik faktorları ilə 3 xarici amil – ultrabənövşəyi və ionlaşdırılmış şüalanma (fiziki kanserogenlər), tütün tüstüsünün komponentləri, aflatoksin (qida məhsullarına əlavə olunur) və mərgümüş ( kimyəvi kanserogenlər) və virus, bakteriya və parazitlərdən keçən infeksiyalar (bioloji kansirogenlər) birləşməsindən yaranır.

İnsanların qocalması da xərçəngin yaranması üçün güclü təkan rolunu oynayır. Belə ki, yaşlı adamlarda hüceyrələrin bərpası prosesi get-gedə daha ləng inkişaf edir.



Turkustan.info Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarıan istinadən dünyada xərçəng xəstəliyi ilə bağlı yaranmış situasiyanı təqdim edir.

Dünyada ən geniş yayılmış xərçəng xəstəlikləri:

Ağciyər xərçəngi (2,09 milyon yoluxma)

Döş xərçəngi (2,09 milyon yoluxma)

Yoğun və düz bağırsaq xərçəngi (1,8 milyon yoluxma)

Prostat xərçəngi (1,28 milyon yoluxma)

Dəri xərçəngi (1,04 milyon yoluxma)

Mədə xərçəngi (1,03 milyon yoluxma)



Xərçəngin yayılmasına görə dünyada ilk pillədə Avstraliya dayanır. Bu ölkədə hər 100 min nəfərə 468 yoluxma halı qeydə alınıb. Eyni göstərici Yeni Zelandiyada 438.1, 3-cü yerdə qərarlaşan İrlandiyada isə 373.7 qeydə alınıb.

1.Avstraliya (hər 100 min nəfər 468 hal)

2.Yeni Zelandiya (438,1)

3.İrlandiya (373,7)

4.Macarıstan (368,1)

5.ABŞ (352,2)

6.Belçika (345,8)

7.Fransa (344,1)

8.Danimarka (340,4)

9.Norveç (337,8)

10.Niderland (334,1)

11.Kanada (334)

12.Yeni Kaledoniya (324,2)

13.Böyük Britaniya (319,2)

14.Cənubi Koreya (313,5)

15.Almaniya (313,1)

16.İsveçrə (311)

17.Lüksemburq (309,3)

18.Serbiya (307,9)

19.Sloveniya (304,9)

20.Latviya (302,2)

21.Slovakiya (297,5)

22.Çexiya (296,7)

23.İsveç (294,7)

24.İtaliya (290,6)

25.Xorvatiya (287,2)

26.Litva (285,8)

27.Estoniya (283,3)

28.Yunanıstan (279,8)

29.İspaniya (272,3)

30.Finlandiya (266,2)

31.Uruqvay (263,4)

32.Belarus (260,7)

33.Portuqaliya (259,5)

34.İslandiya (257,8)

35.Qvadolupa (254,6)

36.Puerto Riko (254,5)

37.Moldova (254,3)

38.Polşa (253,8)

39.Kipr (250,8)

40.Martiniki (250,8)

41.Malta (249,4)

42.Sinqapur (248,9)

43.Yaponiya (248)

44.Avstriya (247,7)

45.Barbados (247,5)

46.Fransa Qvianası (247)

47.Bolqarıstan (242,8)

48.Livan (242,8)

49.Fransa Poloneziyası (240,6)

50.İsrail (233,6)

Ermənistanda hər 100 min sakin üçün yoluxma halları 207,5 təşkil edir. Bu göstərici Gürcüstanda 162.6, İranda 110.6, Rusiyada 256.2 və Türkiyədə isə 205.1 hal təşkil edir.

Azərbaycanda xərçəngə yoluxma halları son 14 ildə 200% artıb. Belə ki, 2005-ci ildə rəsmi statistika xərçəngə yoluxanlar 23,088 nəfər təşkil edibsə, 2010-cu ildə bu rəqəm 28.052, 2015-ci ildə 40.653, 2017-ci ildə 45.756 və 2018-ci ildə daha da artaraq 48.685 təşkil edib. /Modern.az/
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın