22-01-2020, 15:00
İranı silkələyən qətl: Daha bir komandir öldürüldü

İranı silkələyən qətl: Daha bir komandir öldürüldü


İran Bəsic qüvvələrinin Şadeqan rayonunun komandiri Əbdülhüseyn Məcdəmi qətlə yetirilib.

Turkustan.info xəbər verir ki, bu məlumatı Gənc Jurnalistlər Klubu yayıb. Onun Xuzistan vilayətində öldürüldüyü bildirilib.

Komandirin öz evi qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirildiyi vurğulanıb.

İran hakim dairələri insidentdən bir neçə saat sonra qətli törədən şəxsləri ələ keçirdiklərini açıqlayıblar.

Qeyd edək ki, Bəsic qüvvələri SEPAH-ın tərkibində yer alan könüllülərdən ibarət yarımhərbi təşkilatdır. /Axar.az/
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın