Xəbər lenti
» » Moskvada Azərbaycan göyərtisi uğrunda kriminal müharibə: 9 “vor zakon” tutuldu

Moskvada Azərbaycan göyərtisi uğrunda kriminal müharibə: 9 “vor zakon” tutuldu

Tarix: 15 oktyabr 14:34
Moskvada Azərbaycan göyərtisi uğrunda kriminal müharibə: 9 “vor zakon” tutuldu


Bu gün Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları SOBR xüsusi təyinatlı dəstəyinin döyüşçülərinin köməyi ilə restoranlardan birinə basqın edərək “sxodka”ya toplaşan bir qrup “vor zakon”u saxlayıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “sxodka” yezidi kürd qruplaşması ilə gürcü qruplaşması arasında onların “krışalıq” etdiyi biznesmenlərin maraqları ilə bağlı keçirilirdi.

“Sxodka”da 9 “vor zakon” həbs olunub. Bunlar gürcü “vor”lardan “Matsik” ləqəbli Qvaramiya Maxare və Nuqraz Torçinava, habelə Roman Musus Lomtadze və Şalva Roko Xuçua, habelə Vitali İzqilov kimi tanınmış kriminal avtoritetlərdir.

Bildirilir ki, yezidi kürd qruplaşması ilə gürcü qruplaşması arasında münaqişə “Ded Xasan”ın öldürülməsindən sonra başlayıb. “Ded Xasan”ın öldürülməsi yezidi kürd klanlnı başsız qoyub və daxili münaqişələr bir vaxtlar kifayət qədər qüdrətli olan qruplaşmanı parçalayıb, habelə digər qruplaşmalarla münaqişələrə səbəb olub.

Əməliyyat məlumatlarına əsasən “gürcülər” və “yezidlər” Moskvada əsasən ərzaq bazarlarını, o cümlədən Azərbaycandan göy-göyərti və meyvə-tərəvəz təchizatını, qumarxanalarını və fahişəxanaları, habeə gömrükdə müsadirə olunan malların reallaşdırılmasını himayə edir. Münaqişə də bu biznes sahələrinin bölüşdürülməsi uğrunda başlayıb.

PATRIOT.AZ
 Oxunub: 340 


Oxşar xəbərlər:
Ən çox oxunanlar