1-05-2020, 11:20
Sərdar Əhmədov: Torpaqların suvarma təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahədə uğurların rəhnidir

Sərdar Əhmədov: Torpaqların suvarma təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahədə uğurların rəhnidir


Əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim Sərdar Əhmədov qayğılandırmışdır. Yeni suvarma kanalı tikilib. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Sərdar müəllimin rəhbərlik etdiyi Bərdə Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədovdur.

Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Sərdar Əhmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Sərdar Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.


Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.

Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.



Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır. Belə durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil.
Bunu anlamaq üçün təkcə günümüzün qəhrəmanlarının 12 saat fasiləsiz skafandır geyimində çalışdığını düşünmək kifayət edər.

Azərbaycan dövləti koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarını nəzərə almaqla çox ciddi tədbirlər həyata keçirir. Ölkə vətəndaşlarının qorunması, onların sağlamlıqlarının müdafiəsi əsas vəzifəyə çevrilib. Belə gərgin günlərdə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür.

Onları bugünlərin qəhrəmanı da adlandırmaq olar. Çünki tibb işçiləri insanların sağlamlığını, həyatını təhdid edən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərirlər. Onlar öz peşələri gərəyincə həyatlarını riskə ataraq, ilk növbədə, şübhəli şəxsləri müayinə edir, onları təcrid olunan ərazilərə aparır, infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar.

Öz peşələrinə, Hippokrat andına sadiq olan həkimlərimizin ilk gündən koronavirusa qarşı mübarizədə böyük əzmkarlıq, cəsarət nümayiş etdirdiklərini yüksək qiymətləndirən Prezident İlham Əliyev Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında deyib: "Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”.

Ümidsizlik həmişə bu xalqa yad olub. Odur ki, ən ağır günlərində də bütün problemlərin həllini tapacağına, gələcəyin daha gözəl olacağına inamını qoruyaraq "hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyib. Bütün dünyada pandemiyaya çevrilmiş koronavirus təhlükəsi də sovuşacaq. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən həkimlərin əməyi isə heç zaman unudulmayacaq.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın