İraqın paytaxtı Bağdadda yerləşən ABŞ-a məxsus “Camp Taci” hərbi bazasına raket zərbələri endirilib.
Bu barədə Röyters agentliyi məlumat yayıb. Məlumata görə, bazaya ardıcıl bir neçə raket atılıb. Şiddətli hücum nəticəsində bazanın təhlükəsizliyini təmin edən bir neçə hərbçi yaralanıb. Bəzi mənbələr yaralıların amerikalı, bəzi mənbələr isə iraqlı əsgərlər olduğunu yazır. Raket zərbələri ilə bağlı ərazidə partlayışlar davam edir.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumun İran dəstəkli silahlılar tərəfindən təşkil olunduğu bildirilir.
Qeyd edək ki, iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ bazaları intensiv hücumlara məruz qalır. /Publika.az/