8-01-2020, 10:31
ABŞ hərbi bazasına hücum olub — Ölənlər var

ABŞ hərbi bazasına hücum olub — Ölənlər var


ABŞ-ın İraqda yerləşən "Eynül-Əsəd" hərbi bazasına hücum olub.

Hücum zamanı 80 nəfər amerikalı hərbçi həlak olduğu bildirilir.

Bu barədə məlumatı İranın “Press TV” agentliyi yayıb.

Bundan başqa hücum zamanı bir neçə ABŞ silahlı qüvvələrinə məxsus təyyarə məhv edildiyi bildirilir.

Pentaqonun rəsmi nümayəndəsi Conatan Hofman İranın ABŞ-ın iki hərbi bazasına hücum faktını təsdiqləyib. Lakin Pentaqonun sözçüsü hərbçilər arasında olan itkilər barədə məlumat verməyib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın