6-12-2019, 15:22
Bir gündə 650 min ağac əkək: Kürdəmir sakinləri genişmiqyaslı kampaniyada fəal iştirak edirlər

Bir gündə 650 min ağac əkək: Kürdəmir sakinləri genişmiqyaslı kampaniyada fəal iştirak edirlər


Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən Kürdəmir rayonunda da böyük razılıqla qarşılanıb. Dekabrın 6-da Kürdəmir rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun 5 mindən çox ağac tinginin əkilməsində iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın