Xəbər lenti
» » Erməni alim Türkiyədə batdı

Erməni alim Türkiyədə batdı

Tarix: 13 oktyabr 10:51
Erməni alim Türkiyədə batdı


Bu günlərdə Antalyanın Kemer rayonundakı çimərlikdə Sarkis Arşaviroviç Karamyan adlı bir nəfər boğulub.

Məlum olub ki, bu şəxs Rusiyanın bütün dünyada tanınan Dubna Birgə Nüvə Araşdırmaları İnstitutunun məşhur tədqiqatçılarından biridir.

Soyuq müharibə dövründə bu institut böyük məxfilik şəraitində fəaliyyət göstərib, 1956-cı ildə Moskvanın şimalındakı Dubna bölgəsində yenidən qurulub.

Azərbaycan, Ermənistan, Belarus və Qazaxıstan daxil olmaqla 18 ölkənin üzv olduğu, 5 min 500 əməkdaşı olan Birgə Nüvə Araşdırmaları İnstitutunda nəzəri fizika, hissəciklər fizikası, ağır ion, nüvə reaksiyaları və neytron fizikası kimi 8 laboratoriya fəaliyyət göstərib.

Fizika və nüvə fizikası sahəsində dünyada tanınan insanların araşdırma apardıqları laboratoriyalarda indiyə kimi 40-dan çox önəmli kəşf edilib. 5 elementin üzə çıxması da bunların sırasındadır.

PATRIOT.AZ
 Oxunub: 240 


Oxşar xəbərlər:
Ən çox oxunanlar