2-12-2019, 15:00
“Seçici kimi seçəcək, o da olacaq”

“Seçici kimi seçəcək, o da olacaq”


“Deputatı seçici seçir. Deputat arzu və istəklə seçilmir. Görürəm ki, bəzi KİV-lərdə istiqaməti dəyişdirməyə çalışırlar. Bu, doğru deyil”

YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deyib. O qeyd edib ki, seçicilər deputat görmək istədiklərini özləri seçməlidirlər:

“Kim seçkiyə getsə, daha çox səs toplayar?! Yoxsa arzu, istək bildirmək düzgün deyil. Seçici kimi seçəcək, o da olacaq”.

Spiker Oqtay Əsədov isə həmkarına bu cür reaksiya verib: “Mən inanmıram ki, kimsə belə bir arzuya düşsün?!”.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın