18-11-2019, 11:21
"Soruşurlar ki, Tacirin oğlu həyat yoldaşınızdır ?" — Yeganədən GÖZLƏNİLMƏZ SÖZLƏR

"Soruşurlar ki, Tacirin oğlu həyat yoldaşınızdır ?" — Yeganədən GÖZLƏNİLMƏZ SÖZLƏR

Müğənnilər Tacir Şahmalıoğlu və Yeganə Space telekanalında yayımlanan “Axşam- axşam” verilişinin qonağı olublar.
Verilişdə sosial şəbəkə ilə bağlı sənətçilər maraqlı fikirlər söyləyiblər.

Tacir Şahmalıoğlu ona sosial şəbəkədə tənqidi şərh yazanlardan danışarkən sərt ifadələr işlədib:

“Mənim paylaşımlarıma 99 % insan hər zaman xoş sözlər yazır, bəyənir. Onlardan bir nəfər tapılar ki, paylaşımıma tənqidi fikir söyləsin. Onunda azərbaycanlı olduğunu düşünmürəm. Çox güman ki, o, ermənidir”.
Müğənni Yeganə Mürsəlova isə sosial şəbəkədə ona verilən yersiz suallardan danışıb.

“Çox vaxt həmkarlarımla məclislərdə olanda, sonda xatirə şəkili çəkdiririk. Bunu sosial şəbəkədə paylaşıram, çoxu da bilir ki, məsələn, bu, Tacirin oğlu Şahmalıdır. Ancaq buna baxmayaraq, altından şərhlərdə “Həyat yoldaşınızdır?” deyə mənasız suallar verirlər”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə müğənnilərin ünvanına yazılan tənqid və təhqirlərə görə, bir neçə sənətçi hüquq mühafizə orqanlarına müraciət edib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın