18-11-2019, 10:42
“İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar” - Fotolar

“İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar” - Fotolar

“Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”.

Bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir:

“Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqdan bütün əsəblərimiz korlanır. Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin. Hər an insanların ölüm təhlükəsi var, buna səssiz qalmaq olmaz”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, şikayət əsasında hazırda araşdırma aparılır. Marşrut xətti üzrə daşıyıcı şirkət mərkəzə çağırılaraq ona sərnişinləri narahat edən məqamlarla bağlı xəbərdarlıq ediləcək.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın