18-11-2019, 09:27
Bakı şəhər yol polis idarəsinin yol patrol xidmətinin əməkdaşları rüşvət tələb edərək dövlət qanunlarımızı pozmaqla məşğuldur - Prezidentimizin nəzərinə



Fim.az xəbər verir ki, Son illər Bakıda yol polisinə təsadüfi kadrların gəlişi vətəndaşlar arasında haqlı narazılığa çevrilib. Söhbət ondan getmir ki, polisə işə düzələnlər vətəndşlardan icazə almalıdır, məsələ bundadır ki, həmin polis işçiləri xidməti vəzifələrini yerinə yetirərkən sürücülərlə kobud davranır, əsaslı-əsassız onları saxlayır, nəticədə rüşvət tələb edirlər. Görünür onlar işə qəbul edilərkən təlimatlandırılmır və işdə ciddi nöqsanlara yol verdiklərinə görə isə cəzalandırılmır.

Şəkildə gördüyünüz bu polis sürücüləri şərləməklə, onlardan rüşvət tələb edərək dövlət qanunlarımızı pozmaqla məşğuldur. 17 noyabrda Bakı şəhəri Binqədi rayon ərazisində, varobiski deyilən küçədə, Bakı şəhər yol polis idarəsinin yol patrol xidmətinin əməkdaşları sürücüləri təmiz boğaza yğıb, təhqir edici sözlər ifadə ederək, vəzifələrindən kobud şəkildə istifadə ediblər. Bunun özü birbaşa qayda pozuntusudur. Üstəlik, sürücülərdən hansısa qayda tələb etməsi qəti şəkildə yol verilməzdir. Belə çıxır ki, həmin yol polis işçisi təlimatdan, davranış qaydalarından uzaq düşüb. Şübhə yoxdur ki, belələrinin tələb olunan yerdən gətirdiyi arayışda və xasiyyətnamədə əsl siması gizlədilib. Araşdırmalar göstərir ki, polis adına ləkə gətirən bu şəxs çox oyunlardan çıxıb.

Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın