19-10-2019, 02:36
Şər və Böhtan yazanlara tutarlı cavab - Vəzir Həsənov

Şər və Böhtan yazanlara tutarlı cavab -  Vəzir Həsənov


Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənovdur.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov - vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Vəzir Həsənov yüksək insanlığı ilə seçilən bir insan və Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəridir! Vəzir Həsənov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar guya yazırlar ki, "Sumqayıt Gömrük İdarəsinin rəisi general Vəzir Həsənov və oğlunun Avropadakı yeni biznes şəbəkəsi" var. Bunlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzgündür? Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Vəzir Həsənovu nüfuzdan salmağa çalışırlar.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Vəzir Həsənovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

********************

Bu gün Azərbaycan gömrüyü yeni inkişaf mərhələsini yaşayır. Hansı ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmamışdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atıldı. Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edildi, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olundu və gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri quruldu.


Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi diletantların sayəsində irəli getmək əvəzinə günü-gündən gerilədi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.

Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.

1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan başlayaraq, respublikanın ictimai-siyasi həyatında baş verən müsbət dəyişikliklər, siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə aparılması, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi.

Prezident Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi Ulu Öndərin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi. Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissə ilə yanaşan və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşən Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər birinin gərgin əməyi və xidmətləri danılmazdır.

Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi son illər xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı genişləndirmiş, dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən bəhrələnməklə milli gömrük qanunvericiliyinin tələblərinə uyğun respublikamızın iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasında, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasında, iqtisadi islahatların dərinləşdirilməsində, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında mühüm rol oynayır. Nəticə etibarilə, gömrük siyasəti xarici əlaqələrdə öz əksini taparaq iqtisadiyyatın möhkəmlənməsinə və genişlənməsinə xidmət edir. Dünyanın inkişaf etmiş ölkələrin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan gömrük sisteminin uğurlu gələcəyindən xəbər verir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatına 1992-ci ilin iyun ayından üzv qəbul edilmişdir. Eyni zamanda, Dövlət Gömrük Komitəsi 1999-cu ildən ÜGT-nin Maliyyə Komitəsində, 2000-ci ildən isə ÜGT-nin ali orqanı-Siyasi Komissiyasında, 2002-ci ildən isə Gömrük Əməkdaşlıq Komitəsində təmsil olunmuşdur.

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının 2000-ci ilin dekabr ayında müstəsna hal kimi Bakı şəhərində keçirilməsi (Azərbaycan Müstəqil Dövlətlər Birliyində belə bir tədbirin həyata keçirildiyi ilk ölkə oldu) və sessiya iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbulu dövlət başçısının bu sahəyə xüsusi diqqətini, Azərbaycan gömrük təşkilatının qısa bir müddətdə həqiqətən inkişaf etdiyini və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, dünya dövlətlərinin gömrük xidmətləri ilə sıx əməkdaşlığını əyani olaraq bir daha göstərdi.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi bir sıra beynəlxalq təşkilatların üzvü kimi onların fəaliyyətində yaxından iştirak edir və milli təəssübkeşliklə ölkəmizin üzləşdiyi problemləri yüksək kürsülərdən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Dağlıq Qarabağ problemi DGK-nın iştirak etdiyi bütün beynəlxalq konfrans, forum və seminarlarda, təşkil etdiyi sərgilərdə gündəmə gətirilir və erməni separatçıları tərəfindən işğal olunmuş və nəzarətsiz qalmış Azərbaycan ərazilərindəki digər problemlər-maddi-mədəni sərvətlərin daşınaraq mənimsənilməsi, narkotik vasitələrin istehsalı və dövriyyəsi, hətta Avropaya göndərilən narkotiklərin emalı üçün fəaliyyət göstərən xüsusi laboratoriyaların mövcudluğu da faktlarla açıqlanır.


Bir sözlə, DGK-nın fəaliyətini nizamlayan-gömrük nəzarəti, iqtisadi, statistik və hüquq-mühafizə xarakterli nəzəri-praktik əhəmiyyət kəsb edən sazişlər, müqavilələr, onların icra mexanizminə dair müxtəlif qərarlar, təlimatlar, əsasnamələr, qaydalar, konsepsiyalar, metodiki göstərişlər və s. hazırlanmış, təsdiq və tətbiq edilmişdir.

"Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən 'İcazə Sistemi" haqqında Əsasnamə", "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları" və neçə-neçə bu qəbildən sənədlərin hazırlanaraq həyata keçirilməsi gömrükxidmətinin daha da təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdəndir.

«Azərbaycan Respublikası gömrük sisteminin 2010-2019-ci illərdə inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulan «Azərbaycan Respublikasının gömrük qanunvericiliyi kitabının üç cildi və yeni "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" kitabı çapdan çıxmış və ictimaiyyətə təqdim edilmişdir.

Bir sözlə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrükxidmətinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında vüsətli inkişafından çox böyük fərəh və iftixar hissi ilə danışmaq olar.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın