18-10-2019, 11:09
"Azərbaycan xalqı layiq olduğu bir həyat tərzini yaşayacaq" — Deputat

"Azərbaycan xalqı layiq olduğu bir həyat tərzini yaşayacaq" — Deputat

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqil dövlət olaraq dünyada öz mövqeyini möhkəmlədib, dönməzliyini təmin etməklə yanaşı, inkişaf edərək daha qüdrətli bir dövlətə çevrilməkdədir.
Bunu açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edildi.

“Lakin naşı siyasətçilərin rəhbərliyi nəticəsində ölkəmiz müstəqilliyinin ilk illərində çətin şəraitlə üzləşdi. Vəziyyətin son dərəcə ağır olduğunu dərk edən xalqımız vəziyyətdən çıxış üçün son ümid yeri olaraq Ümummilli Lider Heydər Əliyevə müraciət etdi. Beləliklə xalqın yekdil çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər uzaqgörən və müdrik siyasəti sayəsində müstəqilliyimizi bütün təhlükələrdən qoruyaraq əbədi və dönməz etdi. Azərbaycan dağılmaq təhlükəsindən birdəfəlik xilas olaraq yeni bir inkişaf dövrünə qədəm qoydu”,- deyə deputat bildirib.
Millət vəkili əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin bütün sahələr üzrə dinamik inkişaf etdirilməsi naminə yorulmaz fəaliyyəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir:

“Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasəti nəticəsində qazanılan bütün bu uğurlar ölkəmizin inkişaf edərək daha qüdrətli bir dövlətə çevriləcəyinə əminliyimizi durmadan artırır. Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü uğurlu və müdrik siyasəti nəticəsində bütün problemlərin həllinə nail olacaq və ən əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsi də öz həllini tapacaq, torpaqlarımızın da işğaldan azad olunacağının, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunmasının şahidi olacağıq. Azərbaycan xalqı layiq olduğu bir həyat tərzini yaşayacaq”.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın