Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Şər və Böhtan yazanlara tutarlı cavab


Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Məlumdur ki, təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin ən əsasını təşkil edir. Hələ o zamanlar təhsili millətin gələcəyi adlandıran ümumilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində qeyd etmişdir ki, “Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında hormoniyanı təmin etməkdir.” Cənab Prezidentin belə fikirləri milli təhsilimizə, bütövlükdə isə Azərbaycanın müasirləşməsi və dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına hədəflənmiş konservativ baxışdır.
Son illər Gəncə şəhərinin təhsil sistemində normativ-hüquqi bazasının yaradılması, müasir texnologiyaların tətbiqi imkanlarına görə məzmunca təhsilin yeniləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin idarəçilikdə demokratik dəyərlərin daim ön plana çəkilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi vacib məsələlərə həssas yanaşma tendensiyaları artmaqdadır.

Zəngin maarifçilik ənənələrinə malik olan Gəncə şəhərində təhsil 2019-cu ildə daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.

Gəncə şəhərin nümunəsində regionların kompleks inkişafını hədəfləyən bütün növ fəaliyyətlərin əsas məqsədi, ümumilikdə respublikamızın sosial iqtisadi vəziyyətini günü-gündən inkişaf etdirmək, onu yüksək təhsilə, elmə və iqtisadi göstəricilərə malik qüdrətli bir məmmləkətə çevirməkdir. Azərbaycanı sevən, onun uğurlu sabahlarını düşünən rayon təhsil şöbəsinin müdiri olaraq doğma Gəncəmizin gözəlləşən simasında ölkəmizdəki inkişafı görmək mənə yalnız qürur verir. Bütün bunlara görə, hər zaman xalqının yanında olan, ulu öndərin milli ideyalarını layiqincə davam etdirən Prezidentimə minnətdaram.

Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Gəncə şəhər təhsil şöbəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Gəncə təhsilində Zakir Hüseynov çetesi: dövlətə siyasi xəyanətdən saxtakarlığadək”" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın