Xəyyam Fərəcov: “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açmışdır


248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov - Bu il bir çox yeni məktəblər və yenidən qurulmuş, əsaslı təmir olunmuş təhsil ocaqları istifadəyə verilmişdir. Belə məktəblərdən biri də Bakının Nizami Nərimanovun adına 248 saylı tam orta məktəbidir.

Məktəbin böyük tarixi vardır. Bu məktəb artıq həm xarici görünüşü, həm daxili dizayn baxımından şəhərimizin ən gözəl məktəblərindən biridir. Bütün şərait yaradılıb. Burada həm oxumaq, həm də işləmək üçün yaxşı şərait vardır, valideynlər də razı olacaqlar. Bir sözlə, biz çalışırıq ki, şəhərimizin və ölkəmizin bütün məktəbləri bu səviyyədə olsun. Son illərdə buna nail ola bilmişik. Bu, doğrudan da böyük nailiyyətdir. Çünki Bakının məktəblərinin tam əksəriyyəti uzun illər bundan əvvəl tikilmişdir və təmirə ehtiyac var idi. Biz bütün məktəbləri gözəl vəziyyətə gətirib çıxarırıq.

Biz isə çalışacağıq ki, gənclərimiz üçün daha da gözəl şərait yaradaq, gəncləri qabağa çəkək. Gənclər cəmiyyətimizin fəal üzvləridir. Gənclər sərhədlərimizi qoruyur, gənclər idman arenalarında qələbələrimizi müəyyən edir və gənclər bizim gələcəyimizdir. Belə gözəl məktəbdə ancaq və ancaq yaxşı oxumaq lazımdır. Müəllimlər üçün də burada yaxşı şərait yaradılıb. Müəllimlər o insanlardır ki, cəmiyyətimiz üçün gənc kadrları yetişdirirlər. Müəllimlərin cəmiyyətimiz üçün çox böyük məsuliyyəti, çox böyük faydası vardır. Müəllim peşəsi çox şərəfli peşədir. Hər bir uşağa ilk növbədə məktəbdə qayğı göstərən, onu düz yola istiqamətləndirən müəllimdir. Müəllim valideynlə eyni məsuliyyət daşıyır. Bu fürsətdən istifadə edərək yeni dərs ili münasibətilə bütün müəllimləri buradan salamlayıram, onlara yeni uğurlar, cansağlığı arzulayıram.





Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın