“Qarabağ” “Neftçi”ni məğlub etməklə, qələbə sayını 4-ə çatdırıb

Azərbaycan Premyer Liqasında IV tur başa çatıb.

APA-nın məlumatına görə, turun ikinci günündə 2 oyun keçirilib.

Bu tura qədər liderin ən yaxın izləyiciləri olan “Keşlə” və “Səbail” “Bakcell Arena”da üz-üzə gəliblər. Səfər matçına çıxan Aftandil Hacıyevin yetirmələri ilk hissədə Mirabdulla Abbasovun dublu ilə önə keçiblər. Fasilədən sonra fəallığı artıran “Keşlə” qollardan yalnız birinin əvəzini çıxıb.

Turun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edib. Azərbaycan derbisində Premyer Liqanın daimi sakini olan ölkənin iki ən titullu komandası üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə Ağdam klubu qalib gəlib. Hər hissədə bir qol vuran Qurban Qurbanovun yetirmələri startda ardıcıl 4-cü qələbəni qazanıblar.

Qeyd edək ki, turun ilk günündə “Zirə” “Sumqayıt”ı 2:1, “Qəbələ” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
IV tur
15 sentyabr (bazar)

“Keşlə” – “Səbail” – 1:2
Qollar: Lorenzo Frutos, 54 – Mirabdulla Abbasov, 18, 31 (pen.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 18:00

“Qarabağ” – “Neftçi” – 2:0
Qollar: Mahir Emreli, 31, Abdullah Zubir, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

1 Qarabağ 4 4 0 0 10-0 12
2 Səbail 4 3 0 1 6-5 9
3 Zirə 4 2 1 1 4-3 7
4 Keşlə 4 2 0 2 6-3 6
5 Neftçi 4 1 1 2 3-5 4
6 Sumqayıt 4 1 0 3 4-7 3
7 Qəbələ 4 1 0 3 1-9 3
8 Sabah 4 0 2 2 2-4 2
Bombardirlər: İsmayıl İbrahimli (“Qarabağ”), Mehdi Şərifi (“Sumqayıt”), Lorenzo Frutos (“Keşlə”) – 3 qol.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın