13-09-2019, 10:48
Azərbaycanın KTMT-də təmsilçiliyi məsələsinə baxılmır — Vasiliy Semerikov

Azərbaycanın KTMT-də təmsilçiliyi məsələsinə baxılmır — Vasiliy Semerikov

"Hər hansı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü və yaxud müşahidəçi qismində iştirakı məsələsinə konsensus yolu ilə qərar qəbul edilir".
“Ölkə.Az” xəbər verir ki, bunu KTMT-nin baş katibi vəzifəsini icra edən Valeriy Semerikov jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanın KTMT-də təmsilçiliyi məsələsinə toxunan V. Semerikov deyib ki, Azərbaycan tərəfindən hər hansı belə bir ərizə daxil olmadığından, bu məsələ müzakirə edilməyib. “Haradandır belə informasiya? Kimsə haradasa öz şəxsi fikrini səsləndirib və bu məsələnin müzakirəsinə başlanılıb. Bu düz deyil. KTMT-yə üzv ölkələrin qəbul etdiyi prosedur qaydaları, tələbləri mövcuddur ki, danışıqsız icra olunmalıdır. Məsələ ancaq bundan sonra müzakirə oluna bilər”- Semerikov deyib.
O əlavə edib ki, üzvlük məsələsi konsensus qaydalarına ciddi riayət olunmaqla qəbul edilir: “Əgər hər hansı KTMT üzvünün razılığı olmazsa, təbii ki, qərar qəbul edilmir. Məhz ona görə də Nizamnamə və müqavilə mövcuddur. Siz özünüz şahidi olmusunuz ki, KTMT-yə baş katib təyinatı məsələsi həllini tapmır və məsələ uzanır. Biz bu məsələdə hələ də konsensusa gələ bilməmişik. Quruma üzv olan ölkələr sənədi imzalamadığından qərar qəbul etmək mümkün olmur”.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın