AFFA “Offside”a cavab verdi: Yurçeviç hazırdır!

Azərbaycan Futbol Federasiyaları Assosasiyası – AFFA “Offside” səhifəsinin “Facebook” sosial şəbəkəsindəki çağırışına cavab verib. Belə ki, ölkənin bir nömrəli futbol qurumu çağırışa müsbət yanaşıb. Paylaşılan “caps”da milli komandamızın baş məşqçisi Nikola Yurçeviç səhifədə canlı yayıma dəvət edilib. AFFA-nın rəsmi səhifəsi də rəy bölümündə xorvatiyalı mütəxəssisin buna hazır olduğunu bildirib. Azarkeşlər Yurçeviçə olan suallarını paylaşılan xəbər linkinin və “Offside” səhifəsindəki postun rəy bölməsinə yaza bilərlər. Ona milli komandanın indiki durumu və gələcəyi, məşqçinin planları ilə bağlı suallarınızı verə bilərsiniz.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın