Çində 26 yaşdan yuxarı qadınlar... — İNANILMAZ QƏRAR

Çin hökuməti 27 yaşdan yuxarı evli olmayan qadınlar haqqında qərar qəbul edib.
"Ölkə.Az" Rusiya mətbuatının verdiyi məlumata istinadən xəbər verir ki, artıq 27 yaşdan yuxarı subay qadınlar rəsmi olaraq üçüncü sinif "qırıntılar" adlandırılır və insanlığa “non-qrata” hesab edilir.
Hökümət qərarı jurnalistlərə bu təhqiramiz termini yaxşı təhsil almış və yüksək vəzifələr tutmuş, ancaq ailə və uşaqları unutmuş qadınlar haqqında məqalələrdə istifadə etməyi məcbur edib. Artıq hökumətin tapşırığı ilə “Qadın qırıntıları cəmiyyətimizə layiq deyil” başlığı ilə məqalə dərc edilib. Bu qərar milyonlarla qadının qəzəbinə səbəb olub. Onların fikrincə, Çində doğum nisbətinin azalmasının səbəbi, qadınların ümumiyyətlə azadlıq istəyi deyil, layiqli kişilərin olmamasıdır.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın