Məşhur bakılının Mərdəkandakı dəbdəbəli bağ evi – Fotolar

Fransanın “ELLE” jurnalının rusdilli versiyasının dəb bölümünün direktoru, bakılı Vadim Qalaqanov yay tətilini doğma şəhərində keçirir.

“Qafqazinfo”nun məlumatına görə, o, Mərdakan qəsəbəsində yerləşən dəbdəbəli bağ evində istirahət edir. Qalaqanov İnstaqram izləyicilərinə əvvəlcə malikanəsinin fasadını göstərsə də, daha sonra onların xahişi ilə evinin iç hissəsini də nümayiş etdirib.
“Evin tikintisini 2019-cu ilin mayında bitirdim, ailəm isə hardasa iyunun 1-də köçdü. Yavaş-yavaş yaşayırıq. Stilə gəldikdə isə, o yoxdur. O (ev-red.), fərqli mədəniyyətlərin cəm olduğu Nyu-York kimidir. Əsas odur ki, mənim ailəmə burada komfortludur. Bu isə mənim üçün önəmlidir”, – V. Qalaqanov qeyd edib.

İzləyiciləri Vadimin paylaşımlarına “Çox dəbli və gözəldir”, “İncə eleqantlıq”, “Qəlbdə olduğu kimi işıqlıdır” və s. şərhlər yazaraq, onu yeni evinə köçməsi ilə bağlı təbrik ediblər.
Qeyd edək ki, V. Qalaqanova Edrian Broudi, Jerard Batler, Naomi Kempbell, Ancelina Coli, İrina Şeyk, Tülin Şahin, Karli Kloss, Culian Smolz, Byanka Bardalini, Domeniko Dolçe və Stefan Qabbana, Syuki Uoterhaus, Lapo Elkann, Devid Qandi və digər dünya ulduzları ilə çalışmaq nəsib olub.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın