Kürdəmirdə tələbə adı qazanmış gənclərlə görüş keçirilib

Avqustun 27-də rayonun Heydər Əliyev Mərkəzində ali təhsil məktəblərinə qəbul olmuş tələbələrlə rayon icra hakimiyyəti başçısının görüşü keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etməklə dahi şəxsiyyətə ehtiramlarını bildiriblər.
Tədbirdə Rayon Təhsil şöbəsinin müdir əvəzi Natiq Tarverdiyev, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov,şəhər 1 saylı tam orta məktəbin məzunu, Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Aysel Cəbrayılova çıxış edərək ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğılardan danışıblar.
Tədbirdə yekun nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzuladı. Gənclərə harada olmalarından aslı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi. Rayon rəhbəri vurğuldaı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Təhsil İslaharları ölkəmizin bütün bölgələrində olduğu kimi, rayonumuzda da öz tövfələrini ardıcıl olaraq verməkdədir.“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olunduqdan sonrakı illər ərzində ölkəmizdə 3 minə qədər yeni məktəb binaları tikilmiş və təmir edilmişdir. “Heydər Əliyev Fondu”nun və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son 10 ildə 400-dən çox yeni məktəb, uşaq bağçası, internat məktəbi tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir.Son illərdə rayonumuzda 38 yeni müasir standartlara cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. 2015-2016-cı dərs ili ərəfəsində Ölkə rəhbərimiz cənab İlham Əliyevin Kürdəmir rayonuna tarixi səfəri və bu səfər zamanı bir sıra sosial obyektlərin açılışı ilə yanaşı rayonun Atakişili kənd tam orta məktəbi yanında 624 yerlik müasir standartlara cavab verən yeni tədris binasının açılışında da iştirak etmişdir. Bu tarixi hadisə Kürdəmir təhsilinə və ümumilikdə Azərbaycan təhsilinə verilən ən böyük qiymət, diqqət və qayğının bariz nümunəsidir. Rayonumuzun pedaqoji kollektivləri də ölkə rəhbərliyinin, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğı və diqqətindən kənarda qalmamış, son illər rayonun 20 nəfərə yaxın qabaqcıl müəllimi və təhsil işçisi müxtəlif fəxri adlara layiq görülmüşlər.Məlum olduğu kimi məktəblərin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələrlə ölçülür. 2019-cı ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 953 nəfər məzundan 485 nəfəri ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə vermiş, 294 nəfəri , və ya sənəd verənlərin 60,6%-i ali məktəblərə, 108 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali təhsil müəssisələrinə qəbul zamanı tələbə adını qazananlardan 42 nəfəri 500 baldan, o cümlədən 7 nəfəri 600 baldan çox nəticə göstərmişdir.Şəhər 1 saylı tam orta məktəbin məzunu Cəbrayılova Aysel Elxan qızı 642 ballıq nəticə göstərərək Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsinə qəbul olmuşdur. Şəhər 3 saylı tam orta məktəbin məzunu Şirəliyeva İlknur Vilayət qızı 641 ballıq nəticə göstərərək Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsinə qəbul olmuşdur. 2018-2019-cu tədris ilində – şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Qafurlu Ülvi Elşən oğlu Bakı şəhərində keçirilən fənn olimpiadasının final mərhələsində coğrafiya fənnindən III yeri tutaraq bürünc medal qazanmışdır.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın