Albomu çıxmadan 1 milyon qazandı

Dünyaca məşhur müğənni Teylor Svift tezliklə “Lover” adlı albomunu təqdim edəcək. “Qafqazinfo” xəbər verir ki, amerikalı pop ulduzun internet və musiqi dinləmə platformalarında yeni albomunun satışları həyata keçirilib.

Musiqi layihəsi işıq üzü görməsə də, satışlar sənətçiyə 1 milyon dollardan artıq pul qazandırıb.

Bundan əlavə, əvvəl çalışdığı musiqi şirkəti ilə müqaviləsi pozulan ifaçı bütün köhnə mahnılarını yenidən ifa edərək fanatlarına təqdim edəcəyini açıqlayıb.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın