Silvester Stallone son “Rembo” filminin yeni treylerini nümayiş etdirib – VİDEO

Məşhur Amerika aktyoru, rejissor və prodüsser Silvester Stallone “Rembo: Son qan” filminin yeni treylerini nümayiş etdirib.

“Report” xəbər verir ki, aktyor treyleri özünün “İnstagram” səhifəsində paylaşıb.

Qeyd edilir ki, film bu il sentyabrın 20-də ekranlara çıxacaq.

Stallonenin paylaşdığı çarxda 1980-ci illərdə ekranlara çıxan “Rembo: Birinci qan 2” filmindən istinadlar da var. Çarxa əsasən, qəhrəman “Rembo” film epopeyasının son hissəsində yenidən qisas yoluna qalxacaq.

Qeyd edək ki, Silvestr Stallone “Rembo V: Sonuncu qan” filmini təqdim etmək üçün 72-ci Kann kinofestivalına gəlmək niyyətindədir.

Vyetnam müharibəsi veteranı Con Rembo haqqında növbəti filmin çəkilişləri bir neçə aydır başa çatıb.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın