Kürəkəni tərəfindən yandırılan qayınananın vəziyyəti ağırdır

Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı Səltənət Məmmədovanın vəziyyəti kritik olaraq qalır.

“Qafqazinfo” xəbər verir ki, həkimlərin bildirdiyinə görə, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur.

Onun səhhətinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində səylər davam etdirilir.

Xatırladaq ki, hadisə 1 neçə gün öncə Şəmkirdə Sarıtəpə kəndində qeydə alınıb. Mətanət Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Hadisədən bir gün sonra Mətanət Məsimova özü də xəstəxanada vəfat edib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın