Təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.

Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Vaqif Həsənov rayonda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönümlü işlər görməkdədir.

Ağdam Musiqi Kollecinin rəhbərliyi və müəllim heyəti bütün bunlardan ruhlanaraq, 2018/2019-cu tədris ilində də tədris işinin yüksək səviyyədə saxlanılmasına, tədrisin keyfiyyətinin daima yüksəldilməsinə, daxili nizam-intizam qaydalarının həmişə üstün tutulmasına çalışmaqdadır.

Ağdam Musiqi Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyin etdiyi beş ixtisas - “İnstrumental ifaçılıq” (alətlər üzrə), “Xalq çalğı alətləri ifaçılığı” (alətləri üzrə), “Xanəndəlik”, Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu” ixtisasları üzrə tədris fəaliyyəti həyata keçirərək subbakalavr hazırlayır. Kollecin direktoru əvəzi sənətşünaslıq namizədi, dosent Rafail Musayev subbakalavrların yüksək səviyyədə təhsil almaları üçün kollecdə yüksək səviyyədə iş aparır. Elə bunun nəticəsidir ki, kollecin bu ilki məzunlarından Fidan Qurbanova və Məhsəti Paşayeva Bakı Musiqi Akademiyasına, Əsgər Əsgərzadə Azərbaycan Milli Konzervatoriyasının xanəndəlik şöbəsinə qəbul olublar. Bununla yanaşı kollecin müəllimi Bəyalı Əsədov da Azərbaycan Milli Konservatoriyasına qəbul olub.

Rafail müəllim öz bilik və bacarığı, pedoqoji təcrübəsi, iş fəaliyyəti ilə Ağdam Musiqi Kollecinin daha da böyük nailiyyətlər əldə etməsi üçün yorulmadan çalışır. O, daima tələbələrin mükəmməl təhsil almalarına, onların respublikamıza layiqli vətəndaş olmalarına, şəxsiyyət kimi yetişməsi yolunda kollecdə yüksək səviyyədə iş aparır. Onun rəhbərliyi altında kollecin müəllim heyyəti daima əlindən gələni edir və etməkdədir. Kollecimizin qabaqcıl müəllimlərindən Ülviyyə Əliyeva, Kərrar Bayramov, Əhməd Əliyev, Teyyub Vəliyev, Cahangir Qəhrəmanov, Radə Zeynalova, Teyyub Əliyev, Aysel Məmmədova, Bəhruz Aslanov, Əli Məmmədov və başqalarnın adlarını qeyd etmək olar. Kollecin nəznində Bəhruz Aslanovun rəhbərliyi ilə “Mahur” xalq çalğı alətləri ansamblı, Teymur Köçərlinin rəhbərliyi ilə Xalq Çalğı Alətləri orkestiri, Mübariz Əliyevin rəhbərliyi ilə xor kollektivi yaradılaraq fəaliyyət göstərirlər.

Ağdam Musiqi Kollecinin müəllim kollektivi Rafail Musayevin rəhbərliyi ilə təhsil keyfiyyəti ilə qabaqcıl kolleclərdən olmağa səylə
çalışır.




Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın