Maduro: “Ölümümə görə, 20 milyon dollar ödənilib”


Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2018-ci ilin avqustunda onun həyatına sui-qəsd cəhdi təxminən 20 milyon dollara başa gəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, hərbçilər qarşısındakı çıxışında deyib.

“Mənim öldürülməyimlə bağlı (sui-qəsdə cəhd -red) plan hansı ki, avqustun 4-də həyata keçirilmişdi, bir neçə milyon dollar idi, 20 milyon dollar olduğunu deyirlər”, – deyə Nikolas Maduro bildirib.

Venesuela lideri həmçinin kəşfiyyat orqanının əməkdaşlarına və asayiş keşikçilərinə dövlət başçısının müdafiəsi vaxtı qoçaqlığa və şücaətə görə təşəkkür edib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın