Xəbər lenti
» » Hacı Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Hacı Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Tarix: 12 iyun 15:57
Hacı Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!












Hacı Salayev haqqında bəzi jurnalistlərin ağlına nə gəldi onu da qələmə ələ alırlar

Yel Qayadan nə apara bilər?


Hacı Salayev nümunəvi deputat kimi daim seçilir!


Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Parlamentdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edən deputat Hacı Salayevdir.

Parlamentdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edən deputat Hacı Salayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Hacı Salayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Hacı Salayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Hacı Salayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Hacı Salayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Hacı Salayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Deputat kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Salayev Hacı Hacı-Baba oğlu 28 iyun 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1975-1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1985-ci ildən Azərbaycan Dövlət İdman Komitəsi “İdman” İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlamış, sonradan əmtəəşünas və iqtisadçı vəzifələrində çalışıb.

1986-1988-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

1991-1996-ci illərdə Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat birliyinin “Şəbəkə” filialının direktoru vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək ucalmışdır.

Ehtiyyatda olan polkovnik rütbəli zabitdir.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Parlamentdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edən deputat Hacı Salayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Deputat Hacı Salayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ehtiyyata buraxıldıqdan sonra “TRUST” Mühafizə Şirkətinin Baş direktoru, İdarə Heyətinin Sədri vəzifəsində, sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində işləmişdir.

29.11.2010-cu il tarixdən Dördüncü Çağırış Azərbaycan Respublikasının Milli Məclisinin Deputatıdır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Milli Məclisin Bolqarıstan, Estoniya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun üzvüdür. 2012-ci ildən Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr qrupunun rəhbəridir.

2011-ci ilin aprel ayından Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavinidir.

2015-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şurası tərəfindən “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” Medalı ilə təltif edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.

Hacı Salayev sakinlərlə görüşdə qaldırılan çoxsaylı şəxsi və ictimai problemləri diqqətsiz qoymamışdır. Hacı Salayev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Sumqayıtda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub. Bir sözlə, bütün bunlar onu göstərir ki, Hacı Salayev diqqətinin nümunəsi olaraq növbəti illərdə də siz sumqayıtlıların daim yanında olaraq problemlərinizi həll edəcək. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Qarayaxmalarla, böhtan, şərlə iş görməyə artıq adət etmiş bir sıra üzdəniraq qəzetlər Deputat Hacı Salayevi hədəfə götürüblər. Xəbər portallarının bəzilərində rast gəlinir ki, onların məqsədi Deputat Hacı Salayevin gördüyü işlərə kölgə salmaqdır. Əslində çox dəqiq yanaşmadır. Çünki bu vəzifəyə təyin olunan Deputat Hacı Salayevin ən qısa müddətdə gördüyü böyük işlər və uğurlar göz qabağındandır. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Hacı Salayevi əvəz edə bilməz.

 Oxunub: 90 


Oxşar xəbərlər:
loading...
Ən çox oxunanlar