Xəbər lenti
» » “Söz verdilər ki, belimə minməyəcəklər, öyüyürdüm, iyrənirdim…”

“Söz verdilər ki, belimə minməyəcəklər, öyüyürdüm, iyrənirdim…”

Tarix: 15 may 10:38
“Söz verdilər ki, belimə minməyəcəklər, öyüyürdüm, iyrənirdim…”


“Mən hansı saytda işləyirəm, ora bomba kimi düşürəm”

“Uzun müddət idi mətbuatda, saytlarda işləmirdim. Təxminən bir il olardı. Bezmişdim, ardıcıl müsahibə, köşə məcburiyyəti məni çox yormuşdu. Yormuşdu yox ey, iyrəndirmişdi. Müsahibə adı gələndə öyüyürdüm”.

Bu sözləri “Yeni Müsavat”a yazıçı-jurnalist Kəramət Böyükçöl uzun müddət işsiz qalması, şəxsi sıxıntıları ilə bağlı danışarkən bildirdi.

Onun sözlərinə görə, mediadan kənarlaşsa, dost-tanışın köməyi ilə dolana biləcəyini güman edib: “Gördüm, o da mümkün deyil, adam sırtıqlaşır, həyasızlaşır. Elə başımı ovcuma alıb düşünürdüm ki, mən neyləyim, hara gedim, bu pulsuzluğun axırı necə olacaq, birdən Oxu.az saytından mənə iş təklifi gəldi. Bu təklif Azərbaycan reallığında çox yaxşı oldu, hətta xoş oldu”.

K.Böyükçöl bildirdi ki, Azərbaycanda təfəkkürün kapitala çevrilməsi prosesini müşahidə edir: “O mənada ki, al sənə bu qədər pul verirəm, get harada nə edirsən et, amma bizə yaxşı yazı göndər. Çox istərdim ki, Azərbaycanda bu cür naşirlər sonra da olsun. Pul versinlər, gedim yazım. Yazıçı belə yaranır da!

Təbii, mənlə danışan adam kimlə danışdığını bilir. Maraqlı olmasam, niyə belə bir təklif olsun ki? Mən hansı saytda işləyirəm, ora bomba kimi düşürəm. Hətta vaxtilə işlədiyim saytlardan gedəndən sonra da yerim orada boşluq kimi görünür.

Gedib itdən də müsahibə alsam, cəmiyyətdə müzakirə mövzusu yarada biləcək adamam. İstənilən baş redaktorun arzuladığı jurnalistəm. Sadəcə, başqa-başqa söhbətlər var deyə bir müddət işsiz qaldım. Qəribəsi də o idi ki, mənə iş verməyən saytlar feysbuk statusumdan xəbər düzəldir. Uşaq deyiləm ki… Nə bilim, işləyəcəm də Oxu.az-da. Təklifləri çox gözəl oldu, sərf elədi. Söz verdilər ki, belimə minib məni çapmayacaqlar, minnət qoymayacaqlar”.
 Oxunub: 21 


Oxşar xəbərlər:
Ən çox oxunanlar