Xəbər lenti
» » General Əlağa Hüseynovun rəqiblərinin sayı artır

General Əlağa Hüseynovun rəqiblərinin sayı artır

Tarix: 03 oktyabr 10:39
General Əlağa Hüseynovun rəqiblərinin sayı artır


Salyanda deputat olmaq istəyən bütün iddialıların namizədliyi qeydə alınıb.

59 saylı Salyan seçki dairəsinin bu gün keçirilən iclasında daha bir namizəd - namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş partiyanın Divan üzvü Valeh Hümmətoğlunun da namizədliyi qeydə alınıb.

59 saylı Salyan seçki dairəsindən virtualaz.org saytının Şirvan bürosuna verilən məlumata görə, noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd kimi iştirak etmək iddiasında olanlardan namizədliyi qeydə alınmayan olmayıb. Artıq 9 nəfər qeydə alınıb və bu günlərdə namizəd olmaq istəyən daha 4 nəfərin də topladıqları imzalar yoxlanılacaq.

Xatırladaq ki, bu dairədən növbəti seçkilərdə iştirak etmək üçün Azərbaycanın sabiq hərbi komissarı, general-leytenant, deputat Əlağa Hüseynov və namizədliyi YAP siyahısı üzrə irəli sürülmüş həkim-travmotoloq İlqar Ağabəyov ilk namizədlər kimi qeydə alınıblar.

Bundan başqa, 2001-2004-cü illərdə Salyanın icra başçısı işləyən, hazırda isə “Salyan-Çörək” ASC-nin direktoru olan Yusif Ələkbərov, Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı , VHP-ni təmsil edən jurnalist Ramal Hüseynov, namizədlikləri özləri tərəfindən irəli sürülmüş bitərəflər Taleh İbrahimov, Nuralı Quliyev və Fiqurət Qafarov da seçkidə namizədlər sırasındadır.

PATRIOT.AZ
 Oxunub: 616 


Oxşar xəbərlər:
Ən çox oxunanlar