Xəbər lenti
» » Böyrək daşlarından xilas olun — LİMON ŞORBASI

Böyrək daşlarından xilas olun — LİMON ŞORBASI

Tarix: 01 may 09:56
Böyrək daşlarından xilas olun — LİMON ŞORBASI














Böyrək daşının dözülməz ağırlarından təbii yolla xilas olmaq mümkündür. Belə ki, bütün yeməklətə limon və cəfəri əlavə etsəniz, müsbət nəticə əldə etmiş olacaqsınız.
" Milli.Az böyrək daşlarında faydalı limon şorbasının reseptini təqdim edir.

Tərkibi:

2 limon
2 yemək qaşığı un
Yarım çay qaşığı düyü
2 stəkan su
Cəfəri,nanə
Yarım çay qaşığı zəncəfil
Bir çimdik duz, eyni miqdarda adi cirə

Hazırlanması:
Limonların suyunu sıxın, qabıqlarını rəndələyin.
Zeytun yağı, su və unu qazana töküb yaxşı-yaxşı qarışdırın. Orta odda qaynayana kimi saxlayın.
Qaynadıqdan sonra yumurta çırpanla qarışdırın. İçinə limon qabıqlarını və digər ədviyyatları əlavə edin.

Şorbadan bir çömçə kənara götürün, qazandakı qarışığa limon suyunu əlavə edib, qarışdırmağa davam edin.
Şorba qatı olubsa isti su əlavə edib bir az durulda bilərsiniz.
Daha sonra dorğanmış cəfərini əlavə edin. Limon qabıqları tam bişdisə, deməli şorbanız da hazırdır.

Qeyd: limon suyunu sıxandan sonra limonun iç tərəfindəki ağ təbəqəni görəcəksiniz. Limon qabığının sarı hissəsində xüsusi aroma yerləşir. Qabığın iç tərəfindəki ağ liflərdə isə acı təhər tam olur. Əgər dorğamadan əvvəl ağ hissəsini təmizləyib, yalnız sarı hissəni rəndələsəniz, şorbanız acı tam verməz.
 Oxunub: 41 


Oxşar xəbərlər:
Ən çox oxunanlar