4-05-2022, 12:51
ALLAH tərəfindən ucalanları bəndə alçalda bilməz - Şər və böhtan yazanlara tutarlı CAVAB - Baba Rzayev - ÖZƏL

ALLAH tərəfindən ucalanları bəndə alçalda bilməz - Şər və böhtan yazanlara tutarlı CAVAB - Baba Rzayev - ÖZƏL



Bakıdakı 220 kV-luq yarımstansiyaların sayı 7-yə çatdırılır



Bakı şəhərində sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya tikilir. Bununla da, Bakı şəhərinin elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV-luq yarımstansiyaların sayı yeddiyə çatdırılır. Belə ki, 1932-ci ildə tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan 110/35/6 kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik sinfi 220/110/35/6 kilovoltluq gərginlik sinfinə keçirilərək yenidən inşa edilir. “Azərenerji”nin balansında olan yarımstansiyada yeni 220 kilovoltluq gərginlik sinfi yaradılmaqla yanaşı, 110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq paylayıcı qurğular isə qapalı şəkildə tam yenidən qurulur. Yarımstansiyanın ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt amperə qaldırılır. Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada yeni idarəetmə mərkəzi tikilir.

“Azərenerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, burada yerli SCADA, əks-qəza, mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunmuş idarəetmə sistemləri yaradılacaq, aktivlərin, proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsi ilə avtomatik həyata keçiriləcək.

Yarımstansiyanın 220 kilovoltluq ötürücü şəbəkə ilə əlaqələndirilməsi üçün 220 kilovoltluq 3-cü “Hövsan” və 4-cü “Zabrat” hava xətlərinin giriş-çıxış sxemi ilə qoşulması və “Şimal” Elektrik Stansiyasından 220 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi nəzərdə tutulub. “Azərenerji” tərəfindən bu yarımstansiyanın yenilənməsi ilə “Şimal” Elektrik Stansiyasında istehsal olunan enerjinin etibarlı ötürülməsinə, ötürücü sistemin optimal yük rejiminə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin azaldılmasına nail olunacaq.





****************

Patriot.az olaraq bu şərəfli insan - "Azərenerji” ASC-nin prezidenti Baba Rzayev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Baba Rzayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Baba Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Baba Rzayev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Baba Rzayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Azərenerji” ASC-nin prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Baba Rzayev "Azərenerji” ASC-nin prezidenti fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Baba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir

"Azərenerji” ASC-nin prezidenti Baba Rzayev prezidentin göstərişlərinin icrasına elə şəffaflığın təmin olunması məsələsindən başladı.

Baba Rzayev də çıxışlarında daim qeyd edir ki, hər bir energetikin vəzifəsi prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndərimiz Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur. Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkədaxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində “Azərişıq”ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır.

Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın