Xəbər lenti
» » Küveytin səfiri Lənkəranda

Küveytin səfiri Lənkəranda

Tarix: 17 aprel 12:00
Küveytin səfiri Lənkəranda
















16 aprel 2019-cu il tarixdə Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Əbdüləziz Əlrumi Lənkərana tanışlıq səfərinə gəlib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilən qonağa Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilməklə Azərbaycan-Küveyt dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində birgə işin qurulması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səmimi qəbula görə minnətdarlığını bildirən səfir hər iki dost ölkə arasında qarşılıqlı əməkdaşlığın və anlaşmanın bundan sonra da dərinləşməsindən ötrü səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Həmin gün səfir Lənkəran şəhərinin görməli yerlərinə baxmaq üçün Heydər Əliyev xatirə parkında, Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Xalça fabrikində, Hikan Milli parkı ərazisində yerləşən Xanbulan dəryaçasında, Olimpiya İdman Kompleksində, İstisu Müalicə Mərkəzində, “Green East” çəltikçilik təsərrüfatında olub və şəhərin dənizsahili turizm əraziləri ilə tanış olub.

Küveytin səfiri Lənkəranda
 Oxunub: 91 


Oxşar xəbərlər:
Ən çox oxunanlar