2-04-2019, 18:25
Dünya liderləri Ərdoğanı təbrik etdi — İlk təbrik İlham Əliyevdən (FOTO)

Dünya liderləri Ərdoğanı təbrik etdi — İlk təbrik İlham Əliyevdən (FOTO)














Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf partiyası qələbə qazanıb.
Türk mətbuatının xəbərinə əsasən, partiyanın qələbəsini ilk olaraq Azərbaycan prezidenti İlham Əliyev təbrik edib. İlham Əliyev Türkiyə prezidenti Ərdoğana zəng edərək seçkidəki qələbəyə görə təbrik edib. O, bildirib ki, hakim partiyanın qələbəsi türk xalqının prezident Ərdoğana və siyasətinə dəstəyini bir daha sübut edir.

Ərdoğan da səmimi arzuları üçün İlham Əliyevə təşəkkür edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyi və güclənəcəyi bir daha vurğulanıb.
İlham Əliyevdən sonra Rusiya prezidenti Vladimir Putin də Ərdoğana zəng edərək onu təbrik edib. Bundan əlavə, Fələstinin dövlətinin başçısı Mahmud Abbas, Serbiya prezidenti Aleksandr Vuciç, Bosnya-Hersoqavinadan Milorad Dodik, Albaniya prezidenti Edi Rama, Qana prezidenti Alfa Konde və bir sıra dövlət başçıları da Ərdoğanı təbrik ediblər.Dünya liderləri Ərdoğanı təbrik etdi — İlk təbrik İlham Əliyevdən (FOTO)
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın