Xəbər lenti
» » Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub – VİDEO

Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub – VİDEO

Tarix: 11 mart 11:33
Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub – VİDEO















Volqoqrad yaxınlığındakı Frolovo şəhərində azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında kütləvi dava olub. Dava zamanı bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə “Bloknot Volqoqrada” portalı xəbər yayıb.

Məlumata əsasən, silahlı insidentə dağıstanlılar səbəb olublar.

Onlar Frolovo şəhərində azərbaycanlı və ermənilərdən ibarət ailəyə məxsus mağazaya giriblər.

Münaqişə öncə iqtisadi xarakter daşıyıb. İlk atəşi dağıstanlılar açıb. Atəş nəticəsində mağaza sahiblərindən biri, milliyyətcə erməni olan E. ölüb. 3 nəfərin yaralandığı bildirilir. Onlardan ikisi dağıstanlı, biri isə zərərçəkən ailənin nümayəndəsidir.

Polis atışmada iştirak etmiş 4 Dağıstan vətəndaşını saxlayıb.


 Oxunub: 25 


Oxşar xəbərlər:
Ən çox oxunanlar