• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Dövlət Neft Fondu açıqlama yayıb

gundem / cemiyyet

6-03-2019, 12:04

Dövlət Neft Fondu açıqlama yayıb















Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, açıqlamada bildirilir ki, bir sıra kütləvi informasiya vasitələrində investisiya idarəetmə sahəsində heç bir təcrübəyə malik olmayan, qlobal maliyyə bazarlarındakı son trendləri izləməyən və səhm bazarlarındakı mövcud vəziyyəti araşdırmayan, suveren fondların investisiya fəaliyyətinin necə reallaşdırıldığı, onların investisiya fəaliyyətlərinin nəticələri və ümumiyyətlə portfel idarə edilməsi sahəsində məlumatsız bəzi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARNDF) 2018-ci ilin yekunları üzrə göstəricilərinin açıqlanmasının gecikdirilməsi və buna səbəb olaraq Fondun vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində investisiya portfelinin gəlirliliyinin az olması barədə səsləndirilən əsassız fikirlər yer almaqdadır.

ARDNF bildirir ki, hər ilin sonunda ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi və auditi aparılır və bütün bu məlumatlar yalnız qeyd olunan proseslər yekunlaşdıqdan sonra açıqlana bilər. Eyni zamanda ARDNF-nin fəaliyyəti barədə Fondun İcraçı direktorunun müsahibə və çıxışları zamanı gəlirliliyin az olmasına birbaşa təsir edən amillər və bunun hansı səbəblərdən qaynaqlandığı barədə məlumatlar ictimaiyyətə açıqlanıb.

Qeyd olunub ki, 2018-ci il beynəlxalq səhm bazarları üçün çox çətin il olub. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində qlobal səhm bazarlarında müsbət nəticələr əldə olunmasına baxmayaraq sonuncu rübdə dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınmışdır. Brexit ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi amillər də birbaşa səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərmişdir.

2018-ci ildə səhm bazarlarında yaşanan yüksək qiymət dəyişkənliyi mühiti və bu əsnada yaranan enmə trendi bir çox uzunmüddətli institusional investorlar (o cümlədən, aparıcı suveren ehtiyat fondlarının əksəriyyəti) üçün də təsirsiz ötüşməyib. Belə ki, investisiya portfelinin əhəmiyyətli hissəsinin səhm aktivlərinin təşkil etdiyi bu investorlar gəlirliliklərində aşağı və ya mənfi nəticələr əldə ediblər. Misal üçün 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi -6,1 faiz, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1 faiz və -2,18 faiz olub. Qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət əlbəttə ki, digər investorlar kimi ARDNF-in də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərib. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35 faiz olub.

Bir daha qeyd etmək istərdik ki, ARDNF-nin əsas missiyası neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsidir. Neft Fondunun investisiya portfelində səhm, daşınmaz əmlak, qızıl kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən qlobal investisiya portfelinin qurulmasıdır. Səhmlər də investisiya aktivi olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Şirkətlərdə sahiblik statusu verən, onların mənfəət artımını, eləcə də iqtisadi artım kimi önəmli komponentləri öz dəyərində əks etdirən səhm yatırımları uzunmüddətli dövr ərzində daha yüksək gəlirlilik vəd etməklə, investisiya portfelinin şaxələndirilməsində müstəsna rol oynayır. Səhmlərin portfeldə optimal həcmdə yer alması ARDNF-nin vəsaitlərinin real dəyərinin qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu da öz növbəsində, müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir. (Report.az)

Oxunub: 5 114
Paylaş:
Digər xəbərlər

gundem / iqtisadiyyat

9-01-2019, 13:02

Manatın taleyi ilə bağlı daha bir proqnoz – Cədvəl

gundem / iqtisadiyyat

10-07-2018, 14:49

Ötən 6 ayda büdcə gəlirləri nə qədər olub? - Nazir açıqladı

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
Bu gün, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Bu gün, 12:18
Bakıda binanın üstündə ev tikilib - İcazəni hansı qurum verib? (VİDEO)
Bu gün, 10:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Bu gün, 09:54
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Bu gün, 09:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 16:00
    Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
  • Bu gün, 15:30
    ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
  • Bu gün, 13:30
    İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
  • Bu gün, 13:17
    Azərbaycan əhalisinin sayı artıb
  • Bu gün, 12:18
    Bakıda binanın üstündə ev tikilib - İcazəni hansı qurum verib? (VİDEO)
  • Bu gün, 11:14
    Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
  • Bu gün, 11:04
    İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
  • Bu gün, 11:00
    ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
  • Bu gün, 10:37
    AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
  • Bu gün, 10:33
    Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
  • Bu gün, 10:18
    Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
  • Bu gün, 09:54
    Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
  • Bu gün, 09:48
    Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
  • Bu gün, 09:20
    Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
  • Bu gün, 09:14
    Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqlandı: TAM MƏTN
  • Bu gün, 09:12
    Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
  • Bu gün, 09:07
    İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir
  • Bu gün, 09:00
    Sən çağırsan gələrəm mən: Paşinyan Bakıya gəlmək istəyir
  • Bu gün, 08:59
    Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
  • Bu gün, 08:50
    Moskvaya kütləvi hücum - paytaxt səmasını qara bulud bürüdü
  • Bu gün, 08:44
    Neft Emalı Zavodunda yanğın baş verib
  • Bu gün, 08:37
    2 milyard illik su tapıldı: Dadı necədir?
  • Bu gün, 08:32
    İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
  • Bu gün, 08:28
    İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir
  • Dünən, 17:26
    Azərbaycanın səhiyyə işçiləri təltif edilib
  • Dünən, 16:00
    Sabah 36 dərəcə isti olacaq
  • Dünən, 15:30
    ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
  • Dünən, 12:21
    Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
  • Dünən, 12:11
    Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
  • Dünən, 11:26
    Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
  • Dünən, 11:21
    Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
  • Dünən, 11:16
    Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
  • Dünən, 10:53
    Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
  • Dünən, 10:48
    Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
  • Dünən, 10:44
    I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Daha çox
13-06-2026, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
15-06-2026, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
16-06-2026, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
Dünən, 17:26
Azərbaycanın səhiyyə işçiləri təltif edilib
15-06-2026, 09:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə