Xəbər lenti
» » Dənizdə faciə: mühacir gəmisi batdı

Dənizdə faciə: mühacir gəmisi batdı

Tarix: 30 sentyabr 16:18
Dənizdə faciə: mühacir gəmisi batdı


60 mühaciri daşıyan qayıq batıb.

Musavat.com-un məlumatına görə, bədbəxt hadisə Egey dənizinin Yunanıstan sahilləri yaxınlığında baş verib. Türkiyənin Balıkesir vilayətindən Yunanıstana getmək istəyən 60 “ümid yolçusu”nun rezin qayığı mənzil başına çatmamış suya qərq olub.

Hadisə yerinə yunan sahil təhlükəsizlik işçiləri cəlb olunub. 47 nəfərin həyatını xilas etmək mümkün olub. Sahil təhlükəsizlik işçiləri 2 nəfərin meyitini sudan çıxarıb. 11 nəfərin itkin olduğu bildirilir.

Xilasetmə işləri davam edir.

PATRIOT.AZ
 Oxunub: 358 


Oxşar xəbərlər:
Ən çox oxunanlar