• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

600 manat maaş alan direktor 9 milyonluq kreditə qol çəkib — MƏHKƏMƏ

gundem / hadise

16-02-2019, 15:39

600 manat maaş alan direktor 9 milyonluq kreditə qol çəkib — MƏHKƏMƏ














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Report verdiyi xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən D.Xəlilov dövlət ittihamçısının suallarını cavablandırıb.

D.Xəlilov suallara cavab verərkən bildirib ki, yaratdığı MMC-lərin maliyyə təsərüfatı ilə bağlı audit yoxlamaları aparılıb, heç bir qanun pozuntuları aşkarlanmayıb.

O qeyd edib ki, “City Delorat” şirkəti Bakıda tikilən yaşayış binasının elektrik enerjisi ilə təmin olunması üçün layihələr həyata keçirib:
“Həmin ərazi tamamiliə boşaldılıb, sakinlər oradan köçürülüb. Yaşayış binası tikiləndən sonra isə transformatorla təmin edilib”.

Prokuror qeyd edib ki, “City Delorat” şirkətinə Beynəlxalq Bankdan 59 milyon manat kredit ayrılıb.

D.Xəlilov isə söyləyib ki, həmin pullardan 39 milyon manatı elektrik enerjisi ilə bağlı layihəyə, digər 10 milyon manat isə digər layihələrə xərclənilib.

Daha sonra digər təqsirləndirilən S.Hacıyev dindirilib. O bildirib ki, D.Xəlilovla tanış olub, sonra onun “General Consalting” şirkətində İT mütəxəssisi kimi çalışıb:
“Dünyamin Xəlilov deputat seçiləndən sonra işdə hüquqşünas mənə bir sənəd gətirib qol çəkdirdi. Mən də harasa tələsirdim deyə sənədə imza atdım. Sonra Dünyamin müəllim bizi otağına dəvət edib, məni “Sigma line” şirkətinə direktoru təyin etdiyini söylədi. Düzdü, mən də sevindim. Bir qədər keçəndən sonra dəhlizdə olan zaman mühasibatçı sənəd gətirdi. Dedi ki, Dünyamin Xəlilov ona qol çəkməyimi istəyir. Mən də sənədə baxmamış qol çəkdim. Sonra sənədlərlə maraqlandım. Bildirdilər ki, Gürcüstanda çoxmərtəbəli binanın tikilişi üçün bankdam kredit götürülməlidir”.

O söyləyib ki, 2008-ci ildə Tədris Mərkəzindən ona iş təklifi gəlib, şirkətdən ayrılmaq üçün D.Xəlilova müraciət edib:
“Mən şirkətdə 600 manat maaş alırdım. Dünyamin müəllim mənə işdən çıxmağa icazə vermədi, şirkətin direktoru kimi qalmağımı istədi. Mən başqa yerdə çalışan zaman Dünyamin müəllim banka gedib, kredit sənədlərinə qol çəkməyimi dedi. Mən də gedib, qol çəkib, pulları ona verdim”.

Sualları cavablandıran S.Hacıyev qeyd edib ki, 2000-2005-ci illərdə Ağır Cinayətlərə dair Məhkəmədə məhkəmə nəzarətçisi vəzifəsində çalışıb. Onun sözlərinə görə, hazırda adı şirkət direktoru vəzifəsində qalıb: “Bilmirəm işdən ayrılmaq üçün kimə müraciət edim”.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxsin dəhlizdə imzaladığı kredit sənədi 9 milyon manatlıq olub: “Digər kredit sənədi isə 3 milyon manatdan çox olub”.

Prosesdə təqsirləndirilən S.Rəsulov da dindirilib. O vurğulayıb ki, D.Xəlilovun şirkətində rəhbər vəzifədə çalışıb, Beynəlxalq Bankdan 40 min manat kredit götürməkdə ittiham olunur:

“Mən sadəcə banka mühasiblə gedib, sənədlərə qol çəkmişəm. Dünyamin Xəlilov rəhbərimiz olub. O, dövlət və sosial layihələri həyata keçirirdi. Ona bir rəhbər kimi inanmışam. Amma götürülən pulların nəyə xərcləndiyini bilmirdim. Dünyamin Xəlilovun göstərişlərini həyata keçirirdim. Sonra biz əmlak satıb, banka 610 min manat nəğd şəkildə ödəmişik”.

S.Rəsulov deyib ki, D.Xəlilovun şirkətində direktor kimi çalışan zaman 600 manat maaş alıb.

Suallara cavab verən S.Rəsulov bildirib ki, C.Hacıyevi yalnız televizorda görüb.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Oxunub: 5 928
Paylaş:
Digər xəbərlər

gundem / cemiyyet

10-01-2019, 12:34

Cahangir Hacıyevin daha bir “qurbanlıq” krediti

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Dünən, 19:46
Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
Dünən, 16:00
Mayda iki dəfə iş saatı qısaldılacaq
Dünən, 10:27
Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
Dünən, 10:15
Çörəyin qiyməti ilə bağlı qərar verildi
Dünən, 09:40
Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
Dünən, 09:26
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Dünən, 19:46
    Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
  • Dünən, 16:00
    Mayda iki dəfə iş saatı qısaldılacaq
  • Dünən, 15:30
    Nüvə silahı: İranın ambisiyası, Türkiyənin dilemması və qlobal sistemin sərhədləri
  • Dünən, 14:22
    Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
  • Dünən, 13:43
    Rusiyada DƏHŞƏT: Dağıntılar altında qalanlar var
  • Dünən, 13:12
    Azərbaycan AŞ PA-ya qayıdacaqmı? - GƏLİŞMƏ
  • Dünən, 12:13
    “İranda dini rejim yerini təhvil verir” İDDİASI
  • Dünən, 11:57
    Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
  • Dünən, 11:54
    İlham Əliyev: Güləş federasiyası gənc idmançıları toplanışlara cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək
  • Dünən, 11:51
    İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
  • Dünən, 10:31
    Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
  • Dünən, 10:27
    Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
  • Dünən, 10:22
    Okamponun videoetirafı - “Paşinyanı uzaqlaşdırmaq lazımdır”
  • Dünən, 10:15
    Çörəyin qiyməti ilə bağlı qərar verildi
  • Dünən, 09:49
    Pezeşkian hərəkətə keçdi: Müharibə bölgələri ilə bağlı təcili QƏRAR
  • Dünən, 09:43
    Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
  • Dünən, 09:40
    Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
  • Dünən, 09:26
    Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
  • Dünən, 09:11
    Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
  • Dünən, 09:04
    Neftin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
  • Dünən, 09:00
    Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?
  • Dünən, 08:58
    Bu tarixlərdə iş olmayacaq
  • Dünən, 08:41
    Azərbaycanda zəlzələ OLDU
  • Dünən, 08:37
    "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb
  • Dünən, 08:33
    Bakı sakinlərinə pis xəbər
  • Dünən, 08:30
    ADNA-da törədilən terror aktından 17 il ötür
  • Dünən, 08:25
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 29-04-2026, 16:00
    Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi
  • 29-04-2026, 15:30
    Dörd Avropa liderlərinin ardarda səfəri - Bakı ilə münasibətlər zərurətə çevrilir
  • 29-04-2026, 12:37
    TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
  • 29-04-2026, 12:07
    Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
  • 29-04-2026, 12:02
    Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
  • 29-04-2026, 11:58
    Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
  • 29-04-2026, 11:30
    Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
  • 29-04-2026, 11:17
    Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?
Daha çox
24-04-2026, 14:09
“Qərəzli iddialar həqiqəti dəyişmir: Məzahir Səlimovun fəaliyyəti açıq və şəffafdır”
24-04-2026, 09:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
24-04-2026, 09:46
5 güləşçimiz mübarizəyə başlayır
24-04-2026, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
24-04-2026, 09:00
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
24-04-2026, 08:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə