Xəbər lenti
» » İngilis alimlərin yeni kəşfi xərçəng xəstələri üçün ümid oldu

İngilis alimlərin yeni kəşfi xərçəng xəstələri üçün ümid oldu

Tarix: 09 fevral 11:15
İngilis alimlərin yeni kəşfi xərçəng xəstələri üçün ümid oldu














İngiltərədə alimlərin kəşf etdiyi yeni dərman xərçəng xəstələri üçün yeni ümid olacaq.
Alimlər dərmanın hüceyrələrə sızaraq 6 ay ərzində təsirli olacağını bildiriblər.

Alimlər uzun müddət davam edən çalışmalardan sonra xərçəng müalicəsinə reaksiya verməyən 150 nəfər üzərində bu dərmanı sınaqdan keçiriblər. Məlum olub ki, “TV” adlı dərman xərçəng hüceyrələrinə sızaraq bir çox xəstədə müsbət reaksiya verib.
Xərçəng Araşdırmaları İnstitutu ilə “Royal Marsden” xərçəng xəstəxanası mütəxəssislərinin birlikdə kəşf etdikləri bu dərman ağ ciyər, uşaqlıq yolu, yumurtalıq da daxil olmaqla 6 növ xərçəngdə sınaqdan keçirilib.

Nəticələr “Lancet Oncology” tibb jurnalında yayımlanıb. Araşdırmaya əsasən, bu dərmanı qəbul edən sidik kisəsi xərçəngindən əziyyət çəkənlərin 27, uşaqlıq yolu xərçəngindən əziyyət çəkənlərin isə 26%-i müsbət reaksiya görüb. Qida borusu və kiçik hüceyrəli ağ ciyər xərçəng xəstələrində bu nisbət 13% olub.
 Oxunub: 9 


Oxşar xəbərlər:
Ən çox oxunanlar