Xəbər lenti
» » Efirdə azərbaycanlı prezidentliyə namizədin üstünə su tökdülər – VİDEO

Efirdə azərbaycanlı prezidentliyə namizədin üstünə su tökdülər – VİDEO

Tarix: 09 fevral 10:29
Efirdə azərbaycanlı prezidentliyə namizədin üstünə su tökdülər – VİDEO














Ukraynanın ZİC telekanalının canlı yayımında deputat Sergey Şaxov Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, prezidentliyə namizəd Roman Nəsirova su atıb.

“Gordon” nəşrinin yazdığına görə, hadisə sosial ödənişlər və maaşlarla bağlı müzakirələrin aparıldığı verilişdə baş verib.

Şaxov Nəsirova “Siz insanlara maaşlar, pensiyalar haqqında danışmısınız. Hansı hakimiyyətdə çalışmısınız?” deyə sual verib. Azərbaycanlı Nəsirov isə “yaxşı ki, soruşdunuz” deyə cavab verəndən sonra opponenti “Sizə sərinləmək lazımdır” deyərək masa üzərindəki su ilə dolu stəkanı götürüb və suyu Nəsirova tərəf atıb.

Nəticədə Nəsirovdan çox veriliş aparıcısı və digər iştirakçılar islanıb. (oxu.az)


 Oxunub: 11 


Oxşar xəbərlər:
Ən çox oxunanlar