Xəbər lenti
» » Bu həftə Opera və Balet Teatrında üç balet, bir opera göstəriləcək

Bu həftə Opera və Balet Teatrında üç balet, bir opera göstəriləcək

Tarix: 05 fevral 11:27
Bu həftə Opera və Balet Teatrında üç balet, bir opera göstəriləcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu həftə dörd səhnə əsəri ilə tamaşaçılarının görüşünə gələcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində fevralın 6-da Pyotr Çaykovskinin “Romeo və Cülyetta” birpərdəli baleti təqdim olunacaq. Quruluşçu baletmeysteri ukraynalı xoreqraf Georgi Kovtun olan səhnə əsərinin xronometrajı 35 dəqiqədir. Baletdə Romea obrazını Murad Kərimov, Cülyetta obrazını isə Liana Praga canlandıracaq. Balet Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək. Bundan başqa, həmin gün “Şəhrizad” xronometrajı 35 dəqiqə olan birpərdəli baleti də izləniləcək. Quruluşçu baletmeysteri Tamilla Şirəliyeva olan səhnə əsərində Nigar İbrahimova, Samir Səmədov, Faiq Qubadov və Fərid İbrahimov çıxış edəcəklər.

Fevralın 9-da Cakomo Puççininin “Boqema” ikipərdəli operası, 10-da isə “Dahi hekayəçi” baleti tamaşaçıların ixtiyarına veriləcək. Balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilib. Səhnə əsərinin süjet xəttini yazıçının “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi dünyaca məşhur olan nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Baletdə teatrın balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edəcək.

Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijinal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları heç şübhəsiz ki, uşaqlar və onların valideynlərinin çox xoşuna gələcək.
 Oxunub: 54 


Oxşar xəbərlər:
Ən çox oxunanlar